Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi altı nəfəRin ölümünə səbəb olub. Bu braədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Cümə günü səhər saat 04.00 radələrində Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi “VAZ-2107” markalı və Gündüz Cəlilovun idarə etdiyi “Mercedes E-200” markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində Q.Niftəliyev və beş nəfər sərnişin hadisə yerində həlak olub.
Bundan başqa, “Mercedes” markalı avtomobilin sərnişinlərindən biri də hadisə yerində həlak olub. G.Cəlilov və daha iki sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.