Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına “Bıstraya poçta” pul köçürmələri sistemi ilə əməkdaşlığı dayandırmağı tapşırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Biz Azərbaycanın işğal edilmiş ərazilərində "Bıstraya poçta"nın fəaliyyətinin bərpası ilə bağlı müvafiq araşdırma aparmışıq. Bundan sonra Azərbaycanın ərazisində "Bıstraya poçta"nın fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edilib. Artıq ölkə banklarına müvafiq tapşırıq verilib", - deyə AMB-nin Kommunikasiya Departamentinin rəhbəri Rüfət Abbasov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Öz növbəsində “Kontakt” pul köçürmələri sisteminin nümayəndəsi İmran Ağaməmmədov “İnterfaks- Azərbaycan” agentliyinə bildirib ki, sisten Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Qarabağda məntəqələri olan Ermənistan bankları ilə əməkdaşlığı dayandırıb. “Bizm sistemimiz işğal edilmiş ərazilərdə pul köçürmələri həyata keçirmir.”Kontakt”öz hüquqlarından istifadə edərək sitem qaydalarına əsasən, Qarabağda məntəqələri olan Ermənistan banklarındakı bütün fəalyyətini dayandırıb”,- deyə İ.Ağaməmmədov bildirib.