Hesablama Palatası bir sıra strukturlar tərəfindən büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə dair audit proqramını təsdiq edib. Bu barədə Palatanın məlumatında deyilir.
Hesablama Palatası Lənkəran şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, “Mənzil və kommunal təsərrüfatı” bölməsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadə vəziyyətinə dair yoxlamalar aparacaq
Bundan başqa,Hesablama Palatası Cəlilabad rayonun maliyyə idarəçiliyinə ayrılmış büdcə vəsaitlərinin istifadəsini, proqnozlaşdırılan xəzinədarlıq əməliyyatlarının aparılmasının düzgünlüyünü, Cəlilabad rayon mərkəzi xəstəxanasının tikilməsinin maliyyələşdirilməsini yoxlayacaq.
Palata həmçinin, humanitar təmayüllü məktəb- liseylər tərəfindən büdcə vəsaitlərinin istifadəsi, eləcə də M.F.Axundov adına Milli Kitabxanaya ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və məqsədyönlü istifadəsinə dair audit keçirəcək.
Bununla yanaşı, palata “Caspian Marine Services LTD” şirkətinin filialı tərəfindən dövlər büdcəsinə ödənilən vergilərin, eləcə də “ Azərsu” ASC-yə 2011 və 2012-ci ilin birinci yarısında ayrılmış kapitalın məqsədyönlü istifadəsininyoxlamalarının yekunlarını təsdiq edib.