Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 64 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 15 nəfər həlak olub, 27 nəfər yaralanıb, 6 nəfər intihar edib.
5 nəfər qətldə, 6 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 11 nəfər qarət və soyğunda, 47 nəfər oğurluqda, 11 nəfər avtomobil qaçırmaqda, 6 nəfər dələduzluqda, 2 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 14 fakt qeydə alınıb.