Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu insan hüquqları ilə bağlı vəziyyətə müsbət təsir edəcək. İnsan hüquqları üzrə müvəkkil Elmira Suleymanova buna əmindir.
"Bu qanunun qəbulu Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə müsbət təsir edəcək", - deyə o, bazar ertəsi Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə bəyan edib.
Ombudsmanın sözlərinə görə, artıq gələn il qanunun qəbulu mümkündür, bu qanuna əsasən, jurnalistlərin peşə fəaliyyəti ilə əlaqədar onlar barəsində cinayət işi açılması inzibati cəza ilə əvəz ediləcək.
E.Süleymanova bildirib ki, Azərbaycanda cəmi 9 amnistiya və 56 əfv aktı qəbul olunub.