ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia Bakıda səfərdədir.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Amertikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib.
“Səfər zamanı T. Melia rəsmi şəxslər və ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşlər keçirəcək”,- deyə o qeyd edib.
ABŞ dövlət departamentinin nümayəndəsi Bakıda keçirəcəyi görüşlərdə demokratiya və insan hüquqları məsələlərini müzakirə edəcək.