2012-ci il noyabrın 1-nə Azərbaycan banklarının ümumi aktivlərinin həcmi 16 mlrd. 309,9 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib
2012-ci il yanvarın 1-nə bankların ümumi aktivləri 13 mlrd.946,8 mln. manata bərabər olub. Beləliklə, Azərbaycanda banklar 2012-ci ilin yanvar-oktyabr aylarında aktivlərini 16,9% artırıblar.
Mərkəzi Bankın məlumatına əsasən, 2012-ci il noyabrın 1-nə bankların verilən kreditləri 11 mlrd. 422,4 mln. manat (10 ay ərzində artım 17,8%-İF-Az), məcmu kapitalı 2 mlrd.360,3 mln. manat (artım 25,1%-İF-Az) təşkil edib.
Noyabrın əvvəlinə banklar tərəfindən əhalidən 4 mlrd. 689,7 mln. manat məbləğində (artım 13,8%-İF-Az) əmanətlər cəlb edilib.