Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland Vaşinqtonun Suriya müxalifətinə silah verməsi barədə bir sıra KİV-in yaydığı məlumatların həqiqətə uyğun olmadığını deyib.
Brifinqdə ona Amerikanın bəzi kütləvi informasiya vasitələrinin məlumatında deyildiyi kimi, ABŞ-ın Suriya ilə bağlı siyasətinin dəyişib-dəyişməməsi və bununla əlaqədar olaraq onların müxalifəti silahla təmin etməyə hazır olub-olmaması barədə sual verilib.
V.Nuland bəyan edib: "Biz mövqemizi dəyişməmişik".
"Biz əvvəlki mövqemizdə qalırıq: biz qeyri-hərbi yardım göstəririk və çərçivədən çıxmırıq", - deyə diplomat bildirib.