2013-cü ilin 2-8 dekabr tarixlərində Bakıda YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi keçiriləcək.
Bu qərar ötən həftə Parisdə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında qəbul olunub.
Beləliklə, növbəti sessiya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək. Çin, Yunanıstan, Burkina Faso, Braziliya və Misir isə komitə sədrinin müavinləri seçiliblər.