Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti respublikanın Dünya Bankı ilə əməkdaşlığının 20 illiyinə həsr edilmiş marka buraxıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Markanın nominal dəyəri 50 qəpik, tirajı isə 50 min ədəd təşkil edir.