Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci ildə verilməsi planlaşdırılan pensiya kartlarının emissisyasını təmin edib. Bu barədə bankın mətbuat xidməti məlumat verir.
ABB 2012-ci ildə 260 min plastik pensiya kartı buraxıb.
Məlumatda bildirilir ki, 2012-ci ilin martından ABB banka müraciət etmiş pensiyaçılara 200 minə yaxın yeni pensiya kartı verib.
ABB pensiyaların verilməsi üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) agent banklarından biridir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.