Azərbaycan parlamentinin deputatları çərşənbə axşamı “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun qəbul ediblər. Bu qanuna əsasən, inzibati rayon mərkəzinin – Ağdaş şəhərinin ərazisi qonşu yaşayış məntəqələrinin ərazisi hesabına 2 dəfədən çox artırılır.
Xəbər verildiyi kimi, parlamentin Regional məsələlər komitəsinin bu qanunvericilik aktının müzakirəsinə həsr olunmuş iclasında çıxış edən komitə sədri Arif Rəhimzadə qeyd edib ki, "Ağdaş şəhərinin ərazisi 1237 hektar artaraq 2307 hektar təşkil edəcək".
"İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, Milli Məclis çərşənbə axşamı həmçinin Astara rayonunun Ərkivan kəndinə qəsəbə statusunun verilməsi haqqında qanun qəbul edib.