Azərbaycan və Argentina ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq.
Belə işçi qrupunun yaradılması çərşənbə axşamı plenar iclasda Milli Məclisin təsdiq etdiyi Azərbaycan və Argentina arasında “Ticarət və iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişdə nəzərdə tutulub.
İşçi qrupunun iclasları ildə bir dəfə ölkələrin hər birində növbə ilə keçiriləcək.
Sazişə əsasən, Azərbaycan və Argentina kiçik və orta müəssisələr arasında əməkdaşlığı; şirkətlərin, təşkilatların və müəssisələrin müxtəlif sərgilərdə iştirakını; investisiyalar sahəsində əməkdaşlığı təşviq edəcək.
2012-ci il iyulun 26-da Buenos-Ayresdə imzalanmış saziş 5 il üçün nəzərdə tutulub.