Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
T.Ayan rəhbərlik etdiyi Federasiyanın növbəti konqresinin Bakıda keçirilməsi barədə qərar qəbul olunduğunu deyib. Konqresdə 100-dən çox ölkənin təmsil olunacağını deyən T.Ayan tədbirdən sonra 25 ölkədən olan idmançıların iştirakı ilə yarışların keçiriləcəyini də bildirib.
Görüşdə tərəflər Azərbaycanda ağır atletikanın və respublikanın Ümumdünya Ağır Atletika Federasiyası ilə əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər.