Milli Məclis çərşənbə axşamı Azərbaycan və Belarus hökümətləri arasında odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğuların qanunsuz istehsalı və dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair sazişi təsdiq edib.
"İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbirinin məlumatına görə, saziş 2012-ci il avqustun 28-də Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində Minskdə imzalanıb.
Bundan başqa, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında Azərbaycanın Türkiyə və Belarusla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığının inkişafına dair sazişlər təsdiq edilib.