Gələn ilin sentyabr ayına qədər iki yeni metro stansiyası istifadəyə veriləcək.Bakı Metropoliteninin sədri Tağı Əhmədov çərşənbə günü jurnalistlərə belə bildirib.
“İki yeni stansiya- “Əcəmi-2”, və “Avtovağzal” gələn ilin sentyabrına qədər istifadəyə verilə bilər, amma yeni stansiyaların təhvil verilməsi prosesinin bir qədər ləngiməsi ehtimalı da var”, - deyə o bildirib.
“Əhalinin köçürülməsi prosesindəki çətinliklərlə bağlı Bakı Metropoliteni bir sıra məhkəmə çəkişməsində iştirak edir”,- deyə o əlavə edib.
O həmçinin metro və avtobuslar üçün vahid gediş kartından istifadə məsələsinə də toxunaraq qeyd edib ki, yerüstü nəqliyyat və metro üçün vahid kart tətbiq edilməyəcək.
Bakıda Metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni iki xətt və 23 fəaliyyət göstərən stansiyadan ibarətdir. Bakı Metropolitenində illik sərnişin daşımanın həcmi 200 mln. nəfər təşkil edir.