SOCAR (Azərbaycan Dövlət neft Şirkəti-ARDNŞ) şirkətinin “azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 2012-ci il dekabrın 1-nə 1 mln. 457,207 minə çatıb.Bu barədə SOCAR şirkətinin rəsmi saytı məlumat verir.
İB-in məlumatına əsasən, 1 mln.456,291 min abonent sayğacla təmin olunub ki, onlardan 1 mln. 438,348 əhali(99,9%), 17,943 min qeyri-əhali abonentidir.(100%)
Bu abonentlərin 656211-i Bakı şəhərinin (646,049 əhali, 9,576 qeyri-əhali abonenti), 800996-sı isə regionların (792629 əhali, 8367 qeyri-əhali abonenti) payına düşür
Bakı şəhəri üzrə 646,049 əhali abonenti (99,9 %), 9,576 qeyri-əhali abonenti (100 %), regionlar üzrə isə 792,299 əhali abonenti (100%) və 8,367 qeyri-əhali abonenti (100%) sayğaclarla təmin edilib
Təxminən 540 min əhali abonenti “smart-kart” tipli sayğaclarla təmin edilib.