Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunub.
Muxtar Respublika rəhbərliyi, ictimaiyyət nümayəndələri H.Əliyevin NMR paytaxtının mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, nazirlik və idarələrin rəhbərləri abidənin önünə gül dəstələri qoyub və bir dəqiqəlik sükutla H.Əliyevin xatirəsini yad ediblər.
Bu gün anım mərasimləri NMR-in bütün rayon mərkəzlərində keçirilib.
Analoji tədbirlər Qəbələ rayonunda da keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və ictimaiyyət nümayəndələri Qəbələdə H.Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib.