Ukraynanın Ali Radasının deputatı Fyodor Neqoy bəyan edir ki, Ukrayna ərazisində alverlə məşğul olan möhtəkirlər barəsində “ölkənin xərçəng şişi” ifadəsini işlətməyini məhz jurnalistlər azərbaycanlılara ünvanlayaraq onun sözlərini təhrif ediblər.
Qalmaqala səbəb olan ifadənin mənası barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verərək F.Neqoy dəqiqləşdirib ki, Xerson vilayətinin problemləri haqqında jurnalistlərin suallarını cavablandırarkən o digər problemlərlə yanaşı ehtikarçıları qeyd edib və onları “dövlətimizin bədənində xərçəng şişi” adlandırıb. “Lakin mən bu sözləri bir çox nümayəndələri ilə dostluq münasibətlərim olan konkret Azərbaycan xalqına ünvanlamamışam. Mənim həqiqətən də azərbaycanlılar arasında çoxlu sayda dostlarım var. Bir çoxları ilə çalışıram, yaxşı dostluq münasibətlərimiz var”, - deyə deputat izah edib.
“Ehtikarçılar problemi hər yerdə mövcuddur. Onların arasında yalnız azərbaycanlılar deyil, həm də rus, moldovalılar və s. var. Əvvəl bildirilən kimi, bizdə də alverçilər var. Onlar bazarda hər hansı əşyanı bir rubla alırlar və dərhal onu baha qiymətə əldən-ələ alıb-satırlar”, - deyə o bildrib.
F.Neqoy məlumat verib ki, bir gün öncə Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətovla telefonla əlaqə saxlayaraq deyilənlərə görə üzr istəyib. Bundan başqa, deputat mətbuat konfransı keçirərək “aydın olsun deyə, dəqiq və aşkar şəkildə nəyi nəzərdə tutduğunu izah edib”.
“Mən bir daha üzr istəməyə hazıram. Azərbaycanlılar – vicdanlı, zəhmətkeş, insaflı insanlardır”, - deyə parlament üzvü bəyan edib.
“Mən bu işlərdə hələ ki, o qədər güclü deyiləm və jurnalistlər hər şeyi tərsinə yozaraq məni pis vəziyyətə saldılar”, - deyə F.Neqoy əminliklə bəyan edib ki, bu insident artıq keçmişdə qalıb.