Prezident İlham Əliyev SSRİ xalq artisti Qalina Vişnevskayanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Müğənninin qızları Olqa və Yelena Rostropoviçlərə ünvanlanan məktubda deyilir ki, İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bu kədərli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirlər.
“Bu, təkcə sizin ailəniz üçün yox, həm də opera sənətinin canlı əfsanəsindən məhrum olmuş bütün dünya üçün ağır itkidir. “Qalina Pavlovna özündən sonra gözəllik, cazibə və sevgi dolu şəxsiyyət kimi xoş xatirələr qoyub. Onunla hər bir görüş bizə çox ağıllı və səmimi insanla ünsiyyət sevinci bəxş edirdi. Bu ağır dəqiqələrdə biz hamımız, onu tanıyan və sevənlər sizinlə birlikdə kədərlənirik", - deyə məktubun çərşənbə günü açıqlanmış mətnində deyilir.