Samux Dövlət Ovçuluq Təsərrüfatı ətraf mühitin mühafizəsi üzrə reydlər keçirir. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Ov mövsümünün başlanması ilə əlaqədar Korçay və Şəmkir dövlət qoruqlarında mütəmadi reydlər keçirilir”,- deyə ovçuluq təsərrüfatının direktoru Yusif Kazımov bildirib.
Onun sözlərinə görə, ovçuluq təsərrüfatında 15 növ məməli heyvan, 30 növ su quşu, eləcə də 500 baş ceyran qorunur.Bu heyvanlardan bəzilərinin nəsli kəsilmək üzrədir və adları “Qırmızı kitab” salınıb.
“İlin əvvəlindən bu ərazidə dörd brokonyerlik faktı qeydə alınıb.Faktlar üzrə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 1 min manatdan 2 min manatadək cərimələr tətbiq edilib”,- deyə direktor bildirib.
Bundan başqa, təsərrüfat ərazisində bioloji müxtəlifliyin mühafizəsi sahəsində 7 qanun pozuntusu qeydə alınıb, bununla əlaqədar müvafiq tədbirlər görülüb.
Ovçuluq təsərrüfatının ərazisi 40,4 min hektar ərazini əhatə edir.