Azərbaycan Beynəlxalq Bankının (ABB) “Qızıl depozit” xidməti üzrə əmanətlərinin həcmi 2012-ci ilin əvvəlindən 3,5 dəfədən çox-1,5 mln. manata qədər artıb. Bu barədə bankın məlumatında bildirilir.
“2012-ci ilin əvvəlinə bu xidmət çərçivəsində əmanətlərin həcmi 423 min manat təşkil edirdisə, bu gün sazişlərin həcmi 1,5 mln.-a çatıb. Son yarımildə qızıla qoyulan əmanətlərin ümumi həcmi 35%-dən çox artıb”,- deyə bankın məlumatında bildirilir.
ABB hazırda əhaliyə fiziki şəkildə qızıl əldə etmədən qızıla əmanət qoymaq imkanı verən yeganə bankdır.
“Qızıl depozit” ximəti etibarlılığa və sabit mənfəətə üstünlük verən müştərilər üçün nəzərdə tutlub. “Qızıl depozit” xidmətinin rəsmiləşdirilməsi üçün banka şəxsiyyəti təsdiq edən sənəd təqdim etmək kifayətdir. Hesab açmaq üçün komisiyon haqqı tutulmur.
Əmanətlərin minimal həcmi bank tərəfindən əmanətin qeydiyyat günü qızlın rəsmi kursuna müvafiq olaraq 1/3 unsiya ekvivalentinə bərabərdir (31,1035 qram).Əmanətin müddəti əmanətçinin seçiminə görə üç aydan 12 aya qədər təşkil edir.Bununla yanaşı,depozit tələbolunana qədər əmanət formasında da açıla bilər.Faizlərin ödənilməsi müddət başa çatdıqdan sonra həyata keçirilir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.