2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4 mlrd. 609,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsulları istehsalı 5,5% artıb.
11 ay ərzində 434,3 min ton ət, 1576,7 min ton süd, 1100,6 mln. ədəd yumurta və 16,2 min ton yun istehsal olunub.
Həmin dövrdə bitkiçilik məhsullarının istehsalı 6,5% artıb.
Ölkədə məhsul yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə qarğıdalı da daxil olmaqla 2802,2 min ton taxıl, 968,5 min ton kartof, 1198,2 min ton tərəvəz, 54,6 min ton pambıq, 802,2 min ton meyvə və giləmeyvə, 427,8 min ton bostan məhsulları, 147,3 min ton üzüm, 120,7 min ton şəkər çuğunduru, 4,3 min ton tütün, 550,3 ton yaşıl çay yarpağı toplanıb.