Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiyada qətlə görə axtarışda olan şəxsi saxlayıblar. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə cümə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları Rusiya ərazisində qəsdən adam öldürmə ittihamı ilə barəsində beynəlxalq axtarış elan edilmiş Anar Həsənovu saxlayıblar. İlkin məlumata əsasən, o, qəsdən adam öldürmə ittihamı ilə Samara şəhəri Daxili İşlər İdarəsi tərəfindən axtarışda olub.