Əfqanıstan hakimiyyətinin üç nümayəndəsi və əfqan taliblərinin iki nüfuzlu nümayəndəsi bu həftə Paris yaxınlığında görüş keçirəcəklər. Bu barədə bazar ertəsi "Əl-Ərəbiyyə" telekanalı xəbər verir.
Görüş Fransa Strateji Araşdırmalar Fondunun dəstəyi ilə baş tutacaq.