Dekabrın 18-də Nizami Kino Mərkəzində XII əsrin dahi şairi Nizami Gəncəviyə həsr edilən “Nizami” sənədli filminin nümayişi olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Filmin rejissoru və baş operatoru Rafiq Quliyev, ssenari müəllifi Yusif Şeyxov, operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüser Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Həmin gün Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası Nizami Gəncəvinin 870 illiyinə həsr olunan qrafika əsərlərindən ibarət sərginin açılışı olacaq.