Bakının qəsəbələrinin birində sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi 64 yaşlı sərnişinin ölümünə səbəb olub. Daha yeddi nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə yerli polis idarəsindən məlumat verilib.
İlkin məlumatlara görə, avtobusun sürücüsü buz bağlamış yolda idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
Bundan başqa, Balakən və Şəmkir rayonlarında baş verən iki yol qəzası nəticəsində dörd nəfər həlak olub, üç nəfər xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır, yol nəqliyyat qəzalarının səbəbləri dəqiqləşdirilir.