Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Elektron Hökumət üzrə Təlim Mərkəzi yaratmaq niyyətindədir. Bu barədə nazirliyin məlumatında deyilir.
Nazirlik Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə belə mərkəzin yaradılmasına dair ilkin razılaşma əldə edib.
Razılaşmaya əsasən, Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda elektron hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulur.
Mərkəz vasitəsilə dövlət qulluqçularının informasiya-kommunikasiya texnologiyaları, elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin verilməsi planlaşdırlır.
Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəlməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.