AMEA A.Bakıxanov adına Tarix İnstitutu respublikanın şimal-qərb regionunda elmi şuranın ənənəvi səyyar iclaslarını keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İnstitutdan məlumat verilib.
Cari ilin sonunda İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə iclaslar dekabrın 19-da Balakəndə, 20-də Zaqatalada, 21-də Qaxda təşkil olunacaq.
Tədbirlər çərçivəsində həmin rayonların ziyalıları və ictimaiyyəti ilə görüşlər, regionun tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı elmi konfranslar da keçiriləcək.
Bundan başqa, “Şimal-qərbi Azərbaycan tarixi”, “İlisu sultanlığı” və regionun tarixi ilə bağlı digər kitabların təqdimatı təşkil ediləcək.