Bazar ertəsi Bakıda Azərbaycan və Argentina hökumətləri arasında “Vergi məlumatlarının mübadiləsi haqqında" saziş imzalanıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Sazişi Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Argentinanın Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri Rikardo Eçeqaray imzalayıblar.
R.Eçeqeray vergi inzibatçılığı sahəsində məlumat və təcrübə mübadiləsinin vacibliyini qeyd edib. O bildirib ki, bu sahədə əməkdaşlıq hər iki ölkəyə fayda verəcək.
“Argentinanın Dövlət Gəlirləri Federal Administrasiyası neft və qızıl hasilatından vergilərin toplanması sahəsində böyük təcrübəyə malikdir və biz bu təcrübəni bölüşməyə hazırıq”, - deyə R.Eçeqaray söyləyib.