Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib. Rəsmi KİV-in məlumatına görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.
Həmin gün İ.Əliyev Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçeni qəbul edib. Dövlət başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd edib. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan Prezident nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu deyib.
Öz növbəsində, B.Liçen parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.