BMT-nin Humanitar məsələlərin koordinasiyası üzrə birinci katibinin müavini Valeri Amos daha bir neçə humanitar təşkilatın ölkədə fəaliyyətinə icazə verilməsi xahişi ilə Suriya hökumətinə müraciət edib. Bu barədə çərşənbə axşamı Britaniyanın BBC teleradio yayım korporasiyası xəbər verir.
Bu yaxınlarda Dəməşqə səfəri haqqında BMT Təhlükəsizlik Şurası qarşısında hesabat verən V.Amos, həmçinin qeyd edib ki, yanacaq tədarükündə fasilələr Suriyada humanitar təşkilatların işini çox çətinləşdirir.
O, Suriya qaçqınlarının və köçürülmüş şəxslərin məskunlaşdığı düşərgələrdə vəziyyəti xaosla müqayisə edib.