Hər bir ölkənin öz xarici siyasətində prioritetləri özünün seçmək hüququ var. Polşanın Azərbaycandakı səfiri Mixail Labenda belə söyləyib.
“Şərq tərəfdaşlığı proqramı layihədə iştirak edən ölkələr qarşısında gələcəkdə Aİ-yə üzv olmaq öhdəliyi qoymur.Bu sadəcə müəyyən inkişaf səviyyəsinə çatmağa kömək etmək üçün nəzərdə tutulan, bizim, eləcə də Şərq tərəfdaşlığı proqramı üzrə tərəfdaşlarımızın fikrincə bu ölkələrin sabit inkişafına zəmanət verən proqramdır”,- deyə M.Labenda “ İnterfaks- Azərbaycan” agentliyiniun Aİ və Azərbaycanın Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığının indiki vəziyyətinə dair sualını cavablandırarkən bildirib.
“Azərbaycan Aİ-yə üzv olmaq istəmir və bu tamailə baş düşüləndir, çünki hər bir ölkənin öz prioritetləri var və hər bir ölkənin xarici siyasətdə istədiyi istiqaməti seçmək hüququ var”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, proqramda iştirak edən 6 ölkə Şərq tərəfadaşlığı proqramının bütün dörd platformasında iştirak edir.
“Əlbəttə, müəyyən çətinliklər var, lakin bu proqram bir yerdə ləngiyib qalan və irəli hərəkət etməyən proqramlardan deyil. Bu proqram hər bir ölkənin inkişaf tempinə uyğun hərəkət edir.Onları müqayisə etmək olmaz, çünki hər bir ölkənin müxtəlif sahələrdə özünəməxsus imkanları var”,- deyə M.Labenda qeyd edib.
Diplomatın dediyinə görə, Azərbaycanda enerji sahəsi daha çox inkişaf edib, lakin ümumilikdə proqram təhsil proqramlarının, vətəndaş cəmiyyətinin, demokratik dəyərlərin inkişafını hədəf alıb.
Diplomat Azərbaycan və Polşa arasında hərbi əməkdaşlıq sahəsində mövcud sazişi xatırladaraq, bildirib ki, yaxın vaxtlarda ölkələr arasında 2013-cü ildə əməkdaşlığa dair protokol imzalanacaq.
“Ölkələr arasında hərbi- texniki əməkdaşlığa dair razılşama yoxdur, buna görə bu sahədə əməkdaşlıq məhddud səviyyədədir.Lakin əgər tərəflər arzu etsələr bi sahədə də münasibətləri inkişad etdirmək olar”.- deyə o əlavə edib.