Azərbaycan 2012-ci ilin yanvar- noyabr aylarında 5 mlrd. 468,9 mln. manat məbləğində dövlət kapital qoyuluşu həyata keçirib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 38,7% çoxdur.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2012-ci ildə dövlət büdcəsində dövlət kapital qoyuluşları 5 mlrd.924,4 mln. manat nəzərdə tutulub. 11 ay ərzində bu məbləğin 5 mlrd. 468,9 mln. manatı və ya nəzərdə tutulan vəsaitlərin 92,3%-i istifadə edilib.
Xəbər verildiyi kimi, Azərbaycan Hökuməti 2011-ci ildə 5 mlrd. 851,6 mln. məbləğində dövlət kapital qoyuluşu həyata keçirib.