Azərbaycanın şimalında baş vermiş ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə çərşənbə axşamı Xaçmaz rayon polis şöbəsindən məlumat verilib.
Gecə saatlarında Qəndob-Yalama yolunda iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan birinin sürücüsü və onun sərnişini hadisə yerində həlak olub, digər iki sərnişin, eləcə də ikinci maşının sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır.