Təhsil naziri Misir Mərdanov respublikada gənc alimlərin sayının azlığından şikayət edir və elmi dərəcələrin verilməsi prosedurlarının sadələşdirilməsinin təklif edir.
“Azərbaycanda elmi dərəcələrin alınması proseduru sadələşdrililməlidir”,- deyə M.Mərdanov çərşənbə axşamı gənc alim və doktortantların elmi konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 30 mindən çox elmi pedoqoji kadr var ki, onlardan 1918-elmlər doktoru, 8976-sı fəlsəfə doktorudur və bu göstəriciləri Avropa ölkələri ilə müqayisədə qənaətbəxş hesab etmək olmaz. “Bütün elmlər doktorları əsasən orta yaşlı insanlardır.Gənc alimlərinin sayının artırılması üçün müəyyən tədbirlər görmək lazımdır”,- deyə M.Mərdanov qeyd edib.O bildirib ki, Avropa ölkələrində elmi dərəcə alarlən Azərbaycandakı qədər problemlərlə üzləşmirlər və bu vəziyyətin yaxşılaşdırılmasına ehtiyac duyulur.