Litvanın yeni baş naziri Alqirdas Butkevicius fevral ayının sonunda Azərbaycana səfərə gəlməyi planlaşdırır .Səfərin məqsədi Litvaya azərbaycanlı iş adamlarının investisiyalarını cəlb etməkdir.
Çərşənbə axşamı Alqirdas Butkeviciuslə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədovun görüşündə planlaşdırılan səfər və əməkdaşlıq məsələləri müzakirə edilib.Bu barədə baş nazirin mətbuat xidməti məlumat verib.
“Azərbaycan bir çox ölkələrə investisiyalar qoyur, Litva bu prosesdən kənarda qalıb.Biz Azərbaycan investisiyalarını cəlb etməliyik .Buna görə fevralın sonunda nazirlərin, və ola bilsin ki iş adamlarının da Azərbaycana səfəri planlaşdırılır”,- deyə Alqirdas Butkevicius görüşdən sonra bildirib.
H.Məmmədzadənin dediyinə görə, 2013-cü ilin aprel ayında Azərbaycan rəhbərliyinin Litvaya səfəri gözlənilir.
Alqirdas Butkevicius ilk səfərinin Polşa və litvaya olacağını bildirimişdi.
. Litva Sosial Demokrat Partiyasının lideri Alqirdas Butkevicius noyabrın 26-da baş nazir postuna təyin edilib.