Azərbaycan hökuməti 2013-cü ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qeyri-iş günlərinin siyahısını müəyyən edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına əsasən, Novruz bayramı ilə əlaqədar 2013-cü ilin 20, 21, 22, 23 və 24 mart, Ramazan bayramı ilə əlaqədar 8 və 9 avqust, Qurban bayramı ilə əlaqədar 15 və 16 oktyabr tarixləri qeyri-iş günləri elan edilib.