SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Trestinin quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi gözlənilir“Abşeron” Qazma İşləri İdarəsi “Saadan” yatağında yeni quyu qazır. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
1784 nömrəli quyunun layihə dərinliyi 1400 metrdir. Qazma işləri “Maykop” lay dəstəsinə qədər həyata keçiriləcək.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 4-5 ton neft hasil ediləcəyi gözlənilir.
“Saadan” yatağı Quba-Xəzəryanı neftli-qazlı rayon ərazisində yerləşir. 1939-cu ildə ətraflı qeoloji şəkillər əsasında rayonda qeoloji kəşfiyyat işlərinə başlanılıb. “Maykop” çöküntülərinin sənaye neftli-qazlı olduğu 1942-ci ildə müəyyən edilib. Sonradan bu sahələrdə bir sıra neft yatağları aşkar edilib: Çəndəhar-Zorat, Siyəzən-Nardaran, Əmirxanlı, ümumi uzunluğu 50 kilometrdən artıq olan Zeyvə-Zağlı.