Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Goranboy rayon şöbəsinin gəlir və xərclərinin icrasının Audit proqramını təsdiq edib. Bu barədə Hesablama Palatasının saytında yerləşdirilmiş məlumatda deyilir.
Hesablama Palatası, həmçinin DSMF-in Kürdəmir rayon şöbəsinin gəlir və xərclərinin icrası üzrə auditin nəticəsinə dair Rəy və Hesabatını təsdiq edib, nəzarət tədbirinin nəticəsi barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.