Vergilər Nazirliyi yanvar-noyabr aylarında dövlət büdcəsinə 5 mlrd. 634 mln. 629,6 min manat məbləğində vergi və rüsüm köçürüb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, 11 ay ərzində dövlət büdcəsinə qeyri-neft-qaz sektorunun xətti ilə vergi daxilolmaları 3 mlrd. 21 mln. 641,7 min manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 13,9% çoxdur.
Vergilər Nazirliyinin xətti ilə ƏDV üzrə daxilolmalar dövlət büdcəsinə köçürmələrin 23,7%-ni, mənfəət vergisi üzrə - 38,6%-ni, gəlirə vergi üzrə - 13,1%-ni, aksizlər üzrə - 7,3%-ni formalaşdırıb, qalanı digər vergilərin payına düşüb.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi üçün 2012-ci il dövlət büdcəsinə köçürmələr üzrə plan 5 mlrd. 911,6 mln. manat təşkil edir.