Azərbaycanda dekabrın 21-i “dünyanın sonu” barədəgəzən söz -söhbətlərə skeptik yanaşılır.
“Amerikalılar dünyanın sonu barədə əfsanələr yayaraq , planetdəki insanlarda qorxu hissi yaratmaqla öz mənfəətlərini güdürlər. Bütün bunlar Amerika dollarının səviyyəsinin yüksəldilməsinə yönəlmiş oyundur”,- deyə astroloq Firudin Qurbansoy “İnterfaks –Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, baş verəcək qiyamət günü barədə şaiyələrə inanan mövhumatçı insanlar kütləvi şəkildə bu günə qədər gərəksiz olan mallara pullar xərcləməyə başlayıblar və əməliyyatların çoxu dollarla həyata keçirilir.Astroloq qeyd edib ki, “Dünyanın sonu” barədə şaİyə yayanlar əvvəlcə Maya təqviminə, sonra Dalay Lamanın, daha sonra NASA-nın bəyanatlarına istinad etdilər. Axırda məlum oldu ki, əslində heç kim belə bəyanat verməyib. “Fikir verin, Azərbaycan telekanallarında ciddi cəhdlə 21 dekabr mövzusu müzakirə edilərkən, mayalıların soy kökündən olan meksikalılar karnaval keçirməyə hazırlaşırlar, Amerikada isə səbirsizliklə Santa –Klausun gəlişini gözləyir və kef edirlər”,- deyə F.Qurbansoy qeyd edib.
Astroloq qeyd edib ki, 21 dekabrda heç bir fəalakət baş verməyəcək. “21 dekabr astronomik qışın ilk günüdür”,- deyə o vurğulayıb.
İslam Universitetinin islamşünaslıq fakultəsinin dekanı Fuad Nurullayev isə qeyd edib ki, Qiyamət gününün vaxtını yalnız Allah bilir və heç kim onun gəlişi barədə öncədən xəbər verə bilməz. “Mən sirri yalnız Allaha məlum olan bir məsələyə qarışa və hər gün telekanallarda yayımlanan cəfəngiyyat barəsində bir söz deyə bilmərəm.Müqəddəs Quranın “Loğman” surəsinin34-cü ayəsində deyilir. “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”
O bildirib ki, KİV-də “dünyanın sonu” barədə yayılan məlumatlar küfrdür və insanların səhhətinə mənfi təsir göstərir.”Yaxşı olardı ki, jurnalistlərimiz öz materialları üçün başqa mövzular tapsınlar”,- deyə F.Nurullayevəlavə edib.
Tanınmış azərbaycanlı ekstrasens , “Ekstrasenslərin mübarizəsi” telelayihəsinin finalçısı Zirəddin Rzayev də bu fikirdədir.O bildirib ki, heç bir qorxulu hadisə baş verməyəcək,”dünyanın sonu” barədə deyilənlər əsassızdır.”Əslində bu iddialar boş söz -söhbətlərdir. Bütün bunlar cəfəngiyyatdır.Qiyamət gününün dəqiq vaxtını qabaqcadan deyə biləcək insan yoxdur. Ola da bilməz.Çünki bunu Allahdan başqa kimsə bilmiz.Əgər “qiyamət günü “ barədə peyğəmbərlər heç nə deyə bilməyibsə adi adamlar bunu necə iddia edə bilərlər”,- deyə Z.Rzayev bildirib.