GUAM-a üzv ölkələr mövcud münaqişələrin tənzimlənməsi istiqamətində irəliləyişə nail olmaq üçün kifayət qədər səy göstərmirlər.Azərbaycan XİN başçısının müavini, Azərbaycanın GUAM-da milli koordinatoru Araz Əzimov belə bəyan edib.
“Biz GUAM-ın i nkişafında xüsusi bir mərhələdəyik.Azərbaycan Gürcüstan və Moldova bu gün mövcud münaqişələruin nizamlanması istiqamətində irəliləyiş olduğunu qeyd edə bilməz. Buna görə, GUAM ölkələrinin birlikdə nə edə biləcəyini, münaqişələrin nizamlanmasında inkişafa nail olmaq üçün GUAM Parlament Assambleyasının formatından istifadə imkanlarını bir daha nəzərdən keçirməliyik “,- deyə A.Əzimov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 5-ci geniş tərkibli iclasında çıxışı zamanı bildirib.
O bu istiqamətdə əməkdaşlığın yetərli səviyyədə olmadığını vurğulayıb.
“GUAM ölkələrinin birgə mövqeyini aydın şəkildə ifadə etmək üçün hər bir imkandan istifadə etmək lazımdır. Dublində GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında bunu etmək mümkün olmadı”,- deyə nazir müavini bildirib.