Ermənistan prezidenti Serj Sarqsyan bəyan edib ki, Azərbaycanın Qarabağ problemi üzrə mövqeyi regional təhlükəsizliyi təhdid edir.Buna görə o KTMT çərçivəsində qarşılıqlı təsirin səmərəliliyi problemini qaldırıb.
“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizmlanması məsələsinə destruktiv yanaşması Cənubi Qafqaz regionunun təhlükəsizliyini ciddi şəkildə təhdid etməkdədir”,- detə S.Sarqsyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının geniş iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu Azərbaycanın hakimiyyətinin “ölkə prezidentlərinin və ATƏT-in Minsk qrupunun kifayət ədər aydin ifadə edilmiş çoxsaylı bəyanatlarının”, danışılar prosesinin məntiqinə əməl ertmək bacarıqsızlı və ya etmək istəməməsindən irəli gəlir.
“Biz əminik ki, mövcud problemlərin həllində yeganə və alternativsiz yol danışıqlar yoludur.Tərəflərin əldə etdiyi sülhdən sonra hərbi əməliyyatların yenidən başlanması, hətta hərbi əməliyyatıarın başlanması təhlükəsi belə beynəlxalq hüquqa ziddir”,- S.Sarqsyan qeyd edib.
S.Sarqsyan çıxışı zamanı KTMT çərçivəsində qarşılıqlı xarici siyasətin efektivliyi problemini qaldırıb.
“ Bizim KTMT çərçivəsində tərəfdaş və müttəfiqlərimizə Azərbaycana birtərəfli yanaşmalarına mane olmaq barədə dəfələrlə etdiyimiz müraciətlər cavabsız qalır,bu vəziyyəti izah etmək çətindir”,- deyə S.Sarqsyan bildirib
O Azərbaycanın beynəlxalq təşkilatın komitələrindən birində Ermənistanın iştirakını blokada etmək cəhdinə qarşı (baxmayaraq ki,o BMT-nin bütün üzvləri üçün açıqdır)BMT çərçivəsində təsir göstrəilməsi faktını xatırlatdı.
“Bizim üç müttəıfiqimiz hətta bu məsələd belə Ermənistanı dəstəkləmədi”,- deyə S.Sarqsyan bildirb.
O deyib ki, KTMT-nin effektiv fəaliyyət göstərməsi üçün sazişə daxil olmayan ölkələrlə müqayisədə KTMT çərçivəsində prioritet xarakter daşıyan siyasi –hərbi münasibətlərə müvafiq olan başlıca prinsipə əsaslanmaq vacibdir.