Vergilər Nazirliyi “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” layihəsini hazırlayıb. Bu barədə Vergilər Nazirliyinin saytında məlumat verilir.
Qaydaların layihəsi Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına əsasən hazırlanıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.
“Elektron qaimə-fakturanın tətbiqinin üstünlüyü qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar olaraq mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasından ibarətdir. Bundan başqa, elektron qaimə sisteminin tətbiqi real vaxt rejimində malı (işi, xidməti) almağa və ödəməyə imkan verəcək", - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2012-ci ildən Azərbaycanda elektron qaimə-fakturalar tətbiq edilir.