Ermənistanın işğal edilən Dağlıq Qarabağ regionunda Xocalı hava limanını açmaq niyyəti ciddi böhrana səbəb ola bilər. Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov çərşənbə günü jurnalistlərə bildirib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Xocalı hava limanının açılışı ilə bağlı məsələdə utancaq mövqedə dururlar. Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikçi addımı atsa böyük bir böhran ola bilər ki, Azərbaycan ümumiyyətlə bu qeyri-qanuni aktı bağışlamayacaq və susmayacaq”, - deyə o qeyd edib.
Nazir müavini ATƏT-in Minsk Qrupunun həmsədrlərini bir çox hallarda prinsipial mövqe nümayş etməməkdə ittiham edib. “Gələcəkdə də prinsipiallıq nümayiş etdirməsələr, mən buna təəccüblənmərəm”.
“Ermənistan rəhbərliyi ümumiyyətlə Qarabağ məsələnin həll edilməsində maraqlı deyil”, - deyə A.Əzimov vurğulayıb.