Azərbaycan və Sloveniya 2013-cü il yanvarın 1-dən gəlir və əmlaka görə ikiqat vergitutmadan imtina edəcəklər.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Azərbaycan və Sloveniya arasında 2011-ci il iyunun 9-da gəlir və əmlaka görə ikiqat vergitutmadan imtina edilməsi barədə hökumətlərarası saziş imzalanıb.Hər iki tərəf bu sənədi təsdiq etmək üçün lazım olan bütün dövlətdaxili prosedurları yerinə yetirib.
Razılaşmaya əsasən, 2013-cü il yanvarın 1-dən Azərbaycan və Sloveniya ikiqat vergitutmadan imtina edəcək.
Sloveniya Azərbaycanın ikiqat vergitutmadan imtina prinsipini tətbiq etdiyi 39-cu ölkə olacaq.
Ümumilikdə, Azərbaycan analoji sazişi 42 ölkə ilə imzalayıb.