"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirir. Bu barədə təşkilatın məlumatında deyilir.
"FINCA Azerbaijan"ın Goranboy və Tovuzda filialları, Göygöl, Dəliməmmədli və Samux şəhərlərində isə sub-ofisləri fəaliyyətə başlayıb.
Məlumatda "FINCA Azerbaijan"ın direktoru Maniş Saneyə istinadən qeyd edilir ki, tezliklə Bakı və İsmayıllı şəhərlərində təşkilatın yeni filiallarının açılışı gözlənilir.
Hazırda "FINCA Azerbaijan" respublikada 29 filiala və 35 ofisə malikdir, 135 mindən artıq müştəriyə maliyyə xidmətləri göstərir.
“FINCA Azerbaijan” 1998-ci ildə yaradılıb və Azərbaycanda mikromaliyyə bazarının liderlərindən biridir. "FINCA Azerbaijan"ın kredit portfeli təxminən $150 mln. təşkil edir.