2012-ci ilin əvvəlindən Azərbaycan Beynəlxalq Bankda (ABB) əhalinin əmanətlərinin həcmi 20,2% - 1 mlrd. 165 mln. manatadək artıb. Bu barədə bankdan məlumat verilib.
“İlin əvvəlindən ABB-də əhalinin əmanətləri 196 mln. manat artıb və 1 mlrd. 165 mln. manat rekord səviyyəsinə çatıb”, - deyə məlumatda qeyd olunub.
ABB 1992-ci ildə yaradılıb və respublikanın ən iri bankıdır. Bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 min fiziki şəxsdir.