Azərbaycan Hökuməti “Xalq kompüteri” layihəsinin reallaşdırılması çərçivəsində 100 mln. manata qənaət edir. 2HP Azerbaijan” şirkətinin meneceri Rasim Baxşı “Xalq kompütüeri”nin 20 mininci satışına həsr olunmuş konfransda belə söyləyib.
“Layihənin həyata keçirilməsi üçün hökumət subsidiyalar şəklində 100 mln. manat ayırmağı planlaşdırırdı. Lakin, BP və “Microsoft” ( Bakı ofisi-İF-Az) risklərə baxmayaraq layihənin maliyyələşdirilməsini öz üzərlərinə götürdülər.Bununla da hökumət 100 mln. manata qənaət etmiş oldu”,- deyə R.Baxşı bildirib.
“Bestcomp” şirkətinin (layihənin operatoru) rəhbəri Rauf Həsənov qeyd edib ki, 2009-cu ildən bu günə qədər layihənin reallaşdırılmasına cari ildə 3 mln. manat olmaqla 13 mln. manat ayrılıb.
“Alıcılar arasında ən çox regionların sakinləri fəallıq göstərirlər. Bakıda fəallıq 15,9% təşkil edir”.- deyə R.Həsənov bildirib.
Layihənin baş meneceri Emin Axundovun sözlərinə görə layihənin reallaşdırılması piratçılığın səviyyəsinə təsir edərək azalmasına səbəb olub. “Piratçılığın səviyyəsi azalıb, çünki layihə çərçivəsində lisenziyalaşdırımış proqram təminatı güzəştli şərtlərlə təqdim olunur”.- deyə o bildirib.
Konfrans çərçivəsində Naxçıvan MR Babək rayon sakini olan 20 minincialıcıya mükfatlar təqdim edilib. Onun kompüter üçün banka qalan borcu silinib, kompüter üçün müxtəlif aksessuarlar hədiyyə edilib.
Layihə çərçivəsində satıcılara kompüterlərin 20 modeli təqdim edilməklə bu günə qədər 20284 kompüter satılıb.